Zəmanət - satılmış malların zəmanət müddəti ərzində pulsuz təmiri deməkdir. Zəmanət təmirinə yalnız istehsalçı tərəfdən baş vermiş defektlər aid edilir. Defektin istehsalçı tərəfindən olub olmaması yalnız AEServis mütəxəssisləri tərəfindən təsdiq edilə bilər. Kombilərə, kondisionerlərə, paltaryuyanlara, soyuduculara, televizorlara, qabyuyanlara və tələb olunan digər mallara zəmanət AEServis ustaları tərəfindən quraşdırıldıqda verilir.
Malların təmiri 14 gün ərzində həyata keçirilir.Lazımi hissə olmadığı təqdirdə onun istehsalçıya sifarişi və gətirilmə vaxtı nəzərə alınmaqla təmirin müddəti 120 günədək uzadıla bilər.Malın zəmanət müddəti onun təmirdə olduğu vaxta uyğun olaraq uzadılır.
Satılan mallar yalnız aşagıdakı şərtlərə cavab verdikdə, zəmanət təmirinə qəbul edilir.
1.Duzgün doldurulmuş zəmanət talonunun olması.
2.Zəmanət talonunda göstərilən seriya nömrəsi və modelin mala uygun olması. Malın növündən asılı olaraq
ona aid bütün qrafalarin doldurulması.
3.Satış tarixinin,zəmanət müddətinin və satıcının imzasının olması zəruridir.
Malların quraşdırma şərtləri.
1.Məişət mallarının quraşdırıldığı yerədək su, qaz, elektrik və kanalizasiya xəttinin çəkilişi, qaldırıcı mexanizmlərdən istifadə həm pulsuz, həm də pullu quraşdırmada nəzərdə tutulmur və standart qiymətə (pullu quraşdırmada) daxil edilmir.
2. Kondisionerlərin quraşdırma qiymətinə su axıdıcı şlanqın çəkilişi və vannanın hazırlanması,2 metrdən əlavə işlənmiş 2 növ mis borunun və onun izalə qatının dəyəri daxil edilmir.
Aşagıdakı hallarda mallar zəmanət təmirinə qəbul edilmir.
1.AEServisin mütəxəssislərindən başqa hər hansı bir kənar şəxs tərəfindən təmirə cəhd edilmişdirsə.
2.Zərbə, itələmə, daxilinə kənar cismin,mayenin düşməsi və bunlar kimi xaricdən təsir nəticəsində yaranmış mexaniki zədənin olması.
3.Gərginliyin həddən artiq və aşagı olması nəticəsndə yaranan defektlər.
4.Malın elektrik qida borusu sıradan cıxdıqda.
5.Malin istifadə qaydaları pozulduqda.
QEYD: Sifarişci zəmanət talonunda göstərilənlənlərə riayət etməsini öz imzası ilə təsdiqləyir.