Paltaryuyan maşın paltar, yataq dəstləri və s. yumaq, bəzi hallarda qurutmaq və ya təmizləmək üçün istifadə olunan elektromexaniki qurğudur. Bu maşınlar məişət və sənaye təyinatlı olub ən geniş yayılmış növləri barabanla işləyir. Paltar bu barabanın içərisində su və yuyucu maddələr vasitəsilə islanaraq yumşalır və onun tərkibində olan çirk barabanın üzərindəki çıxıntılara sürtünərək tədricən təmizləni
Paltaryuyan maşınlar işləmə tipinə, yükləmə qaydasına, avtomatlaşma dərəcəsinə, yüklənmiş quru paltarların həcminə, funksiyalarına və s. görə tiplərə bölünürlər.
İşləmə tipinə görə paltaryuyan maşınlar aktivator və baraban tipli olurlar. Baraban tiplilər daha sadə avtomatlaşdırma sisteminə malik olduğuna görə geniş yayılmışdır. Sadə avtomatlaşdırma sistemli bu maşınlar su və yuyucu vasitənin daha qənaətli istifadə edir, yuyulma zamanı paltarları etibarlı qoruyur. Lakin eyni zamanda onlar daha mürəkkəbliyi və az etibarlılığı ilə fərqlənirlər. Avtomatlaşmış paltaryuyan maşınlar əsasən baraban tipli olurlar. Aktivator tipli maşımlar isə bunlardan fərqli olaraq daha sadə və etibarlı sayılırlar.
Yükləmə qaydasına görə paltaryuyan maşınlar üfüqi və şaquli olurlar. Aktivator tipli maşınlar adətən üfüqi şəkildə yüklənirlər. Baraban tiplilər isə həm üfüqi, həm də şaquli formada yüklənir.
Müasir paltaryuyan maşınlar əsasən avtomatik işləyirlər. Maşın daimi elektrik cərəyanı və soyuq su xəttinə bağlı olduğundan lazım olan miqdarda su nasosun köməyi ilə avtomatik olaraq barabana daxil olur. İş prosesində paltaryuyan maşınların davamlı və etibarlı olması onun üstün keyfiyyətlərindəndir.
Bugünkü gündə ən yüksək funksionallığa malik paltaryuyan maşınlar “premium”, “Maks” və s. sinflərə aiddir. Belə maşınlarda çoxlu yeni və əlavə funksiyalar vardır. Bu sinfə aid paltaryuyan maşınlar həm qiymətinə, həm də keyfiyyətinə görə ən yaxşı seçim ola bilər.
Seçim zamanı rastlaşdığınız maşınların tutumu da müxtəlif ola bilər. Belə ki, paltaryuyan maşınlar əsasən 3-11 kiloqram tutuma malik olurlar.
Hər bir paltaryuyan maşınlar enerji istifadəsi və yuyulma sinfinə görə də fərqlənirlər. Belə ki, ən yaxşı keyfiyyətlərə malik paltaryuyan maşınlar “A” yaxud “B” sinfinə, bir qədər zəif keyfiyyətləri olan paltaryuyan maşınlar isə “C”, “D”, “E” və s. sinflərə aid edilir. Ona görə də, paltaryuyan maşın alarkən onun sizə lazım olan funksiyaları yerinə yetirib-yetirmədiyini bilmək üçün markalanmasına diqqət edin.
Bu malları alarkən onun zəmanət talonu başda olmaqla bütün sənədləri tələb edin.
Enerji ve su israfının qarşısını almaq üçün maşının paltarla tam dolu olmasına diqqət edin.Maşını yerləşdirdiyiniz yer düz və geniş olmalıdır. Maşınla ətraf əşyalar arasında məsafə ən az 1 sm olmalıdır. Maşını quraşdırmamışdan öncə su və elektrik təsisatına diqqət yetirmək lazımdır.Maşının daxili qurğularını yoxlamaq üçün, iki ildə bir dəfə texniki servisə müraciət edilməlidir. Yuyucu toz və digər maddələr ehtiyac olan miqdarda tökülməli və hər yumadan sonra qalan qalıqlar təmizlənməlidir Yuduğunuz paltarlara uyğun proqram seçilməlidir.Paslanmanın qarşısını almaq üçün yuma bitdikdən sonra baraban quru dəsmal və ya bez ilə silinməlidir.Maşının üst səthini də silməyi unutmayın.Paltarlarda unudulan sancaq, dəmir pul kimi əşyaların maşının daxilində qalıb-qalmamasına diqqət edin və bu əşyaların daxili qurğulara getməsinin qarşısını alan filteri mütəmadi təmizləyin. |