Kombiləri necə almaq olar.
Kombilərin 3 növü var:
1.Bacalı kombilər - yanma əsasında lazım olan oksigeni alır və yanma sonunda lazımsız qazları,uyğun baca vasitəsilə çölə atır.Burada da bacaların standartlara uyuğun olması cox önəmlidir
2. Hermetik kombilər- yanma üçün istifadə olunan hava bir fan köməyiylə xarici mühitdən alınıb, yanma sonrasında ortaya çıxan tullantı qaz eyni sistemlə xaricə atmaqdadır.Yanma zamanı otaq havasını istifadə etmədiyinə görə, otağı havalandırmağa gərək yoxdur.
Yoğuşmalı kombiler-təbii qaz yandırdığı zaman böyük miqdarda su buxarı ortaya çıxır. Yoğuşmalı kombiler çıxan su buxarının enerjisini öz enerjisinə qatır və enerjisini aldığı yoğuşan buxarı, su olaraq çölə atır.Normal kombilərdə istifdə olunan istilik 80-90%, yoğuşmalı kombilərdə isə 105 - 109% arasındadır.
Kombi secimində 3 vacib şərtə önəm verilir.
- Evin mərtəbəsi.
- Kombinin durduğu yer
- Radiator
Esas qızdırıcının radiator olduğunu bilməliyik.Bunun ücün düzgün radiator secməliyik ki, kombidən gələn istilik, radiatoru qızdıra bilsin.Kombi secərkən malın texnıkı servis xidməti və ehtiyyat hisələrinin olmasına diqqət yetirin. 80-90 kVm, 17 kW, 90-150 kVm, 20 kW,150 kVm evlərə isə, 24 kW kombilər uyğun gəlir.
Kombi işlədən tanışlarınızdan şikayət və tərifləmələrinə diqqət yetirin. Firmaların kombilər ücün verdikləri qarantianı yoxlayın,sertifikatlarının olmasına diqqet edin.Kombinin ustunə yox, acıb icinə baxmaq lazımdır.Qaza ekonomik olanı secin.