Qabyuyan məlumatları

 Qabyuyan maşınlar  rahat və faydalı məişət texnikalarından  biridir. Qadınlar il ərzində qabların yuyulmasına 300 saatdan çox vaxt sərf edirlər. Hətta ən az qənaətli qabyuyan maşın  suyu, əllə qab yumadan bir neçə dəfə az sərf edir.

Qabyuyan maşınlar ölçüsündən asılı olaraq 8-dən 14-ə qədər qab komplekti yuya bilər. Maşın iki hissəyə bölünür yuxarı hissəsində boşqab, fin-can, stəkan, aşağıda isə tavalar və qazanlar yuyulur. Müasir qabyuyan maşınlar hətta ən çirkli qabları belə yuyur və tam şəkildə qurudur.Qabları qabyuyan maşına yiğmazdan əvvəl onları su altında yaxalamağınız vacibdir.Bu qabların təmiz və ləkəsiz  yuyulmasına,eyni zamanda qabyuyan üçündə faydalıdır.Altı aydan bir  qabyuyan maşınınızın qapı kpləşdiricisini xüxusi məhlulla təmizləmək lazımdır.Qabyuyan maşında taxtadan hazırlanmış,sonradan yapışdırılmış,sədəf qulplu, saxsı ,naxışlı qabların yuyulması məsləhət deyil.Belə qabların mütəmaddi olaraq qabyuyan maşında yuyulması onların naxışlarının solmasına gətirib çıxara bilər.Yuma zamanı əl ilə yumaq üçün nəzəridə tutulan təmizləyici tozlardan istifadə etmək olmaz. Yalnız qabyuyan maşın üçün nəzəridə tutulan xüxusi tabletlərdən,yuyucu məhlullardan istifadə etməlisiniz.Qabların gecədən səhərə  və ya uzun muddət qabyuyan maşında saxlanması onların maşında buxar bağlaması, su ləkələrinin əmələ gəlməsinə,səbəb olar.