Kondisioner məlumatları

Kondisionerlər hər bir mənzildə rahatlığınızı təmin edəcək əsas məişət texnikalarından biridir. Kondisioner alarkən fərqli modellərin arasından sizə uygun olanı secərkən , enerji sinfinə, soyutma və isitməsinə, BTU gücünə diqqət etməlisiniz. Sonra kondisioner quraşdırılacaq otagın m3 olaraq həcmini  hesablayın.

Kondisioner əsasən tiplərinə gorə secilir: məs, split tipli, invertor spilit tipli,şkaf tipli, kanal tipli. Ev ücün adətən split, invertor spilit tipli, 8000-1200 BTU kondisionerlər uyğundur.  Ancaq otaq böyükdürsə, 1800 BTU-luk kondisioner də ala bilərsiz. Secdiyiniz məhsulun soyutma gücü(BTU)   aşagı olarsa , istifadə etdiyi elktrik enerjisi daha yüksək ola bilər.Kondisioner güc( BTU)  baxımından böyük olarsa , istifadə etdiyiniz yer daha tez soyuyacaq və bu halda kompressor xarab olacaq.

  İsitmə bxımından  yaxşı kondisioner axtarırsınızsa, Invertor  texnikasına sahib kondisionerləri secin. Invertor-ingilis sözü olub “cevirici” deməkdir. İnvertor kondisioner hansı şərtlərdə həqiqətən qənaət edir? Bu problemin cavabı əslində sizin kondisioner istifadə şəklinizlə əlaqədardır. Əgər gündə bir, iki saatlığına işlətmək üzrə kondisioner almağı düşünürsünüzsə çevirici olmayan, A sinifi bir kondisioner də seçim edə bilərsiniz.  Kondisioneri səhərdən axşama qədər işləməsi lazım olan bir yerə alırsınızsa, invertor  tipi bir kondisionerin həqiqətən qənaət təmin edəcəyini unutmamalısınız.

 Sıradan kondisionerlər çöldəki hava  0º C-ə  düşdüyündə və ya 30º C-dən üzərinə çıxdığında iş prinsipləri azalır. Bu mövzuda -15º C soyuqda və 40º C-dən yuxarı istidə belə işləyə invertor kondisionerlər var.

Mühitə zərər vermiyəcək bir kondisioner axtarırsınızsa mühüt dostu olan R-410 qaz istifadə olunan kondisionerlər secin.